Outstaffing
Əmək ehtiyatlarının təqdim edilməsi sahəsində geniş təcrübə. Kadr məsuliyyətini öz üzərimizə götürərək sizə əməliyyat rahatlığı yaradırıq.

İnsan Resurslarının Effektiv İdarə Edilməsi
AZBA-nın Outstaffing xidmətləri şirkətlərin insan resurslarının idarə olunması ilə bağlı inzibati və hüquqi proseslərini peşəkar şəkildə həyata keçirməsinə imkan yaradır. Əməkdaşların rəsmi şəkildə rəsmiləşdirilməsi, əmək müqavilələrinin idarə olunması, əməkhaqqının hesablanması və ödənilməsi, məzuniyyət və digər əmək münasibətləri ilə bağlı proseslərin təşkili xidmətlərimizin əsas istiqamətlərini təşkil edir.
Outstaffing modeli şirkətlərə əlavə inzibati resurs formalaşdırmadan çevik şəkildə əmək resurslarını idarə etməyə imkan verir. Biz bütün proseslərin qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilməsinə xüsusi diqqət yetirir, müştərilərimizin üzərindən əməliyyat yükünü azaltmaqla onların əsas biznes məqsədlərinə fokuslanmasına şərait yaradırıq.
AZBA olaraq hər bir tərəfdaşımızın fəaliyyət xüsusiyyətlərini və ehtiyaclarını nəzərə alır, uzunmüddətli və etibarlı əməkdaşlıq prinsipi əsasında fərdiləşdirilmiş outstaffing həlləri təqdim edirik.