AzBa

Haqqımızda

Azərbaycanda etibarlı HR tərəfdaşı

Azərbaycanda etibarlı HR tərəfdaşı

AZBA Audit and Business Services LTD Azərbaycanın outstaffing, consulting və layihələndirmə sahələrində etibarlı tərəfdaşlarından biridir. Biz bizneslərin insan resursları yükünü azaldır, onların əsas fəaliyyətlərinə fokuslanmalarına dəstək veririk və peşəkar həllər təqdim edirik.

2018

Təsisdən

20+

Müştəri

2000+

İdarə edilən işçi

Kompleks HR və Outstaffing Həlləri

Xidmətlərimiz vasitəsilə tərəfdaşlarımızın əməliyyat və inzibati yükünü azaltmağa, əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsinə və insan resurslarının daha səmərəli idarə olunmasına töhfə veririk.

AZBA olaraq hər bir müştərinin ehtiyaclarını fərdi şəkildə qiymətləndirir, çevik və etibarlı həllər formalaşdırırıq. Peşəkarlıq, şəffaflıq, məsuliyyət və uzunmüddətli əməkdaşlıq prinsipləri fəaliyyətimizin əsasını təşkil edir.

Missiyamız bizneslərə etibarlı, çevik və peşəkar xidmətlər təqdim etməklə onların inkişafına və daha effektiv fəaliyyət göstərməsinə dəstək olmaqdır.

Vizyonumuz Azərbaycanda insan resursları və biznes xidmətləri sahəsində etibarlı, innovativ və aparıcı şirkətlərdən biri olmaqdır.