İş yerlərinin atesstasiyasının keçirilməsi

Nazirlər Kabinetinin 38 nömrəli qərarına və Əmək Məcəlləsinin 64-cü maddəsinin tələblərinə əsasən işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını 5 ildə bir dəfədən az olmayaraq keçirməlidir. Sadə dillə desək, iş yerlərinin attestasiyası – müəyyən xüsusi xidmətlər göstərən müəssisələrin işə yararlı olduğunu təsdiqləmək üçün hər 5 ildən bir keçirilən mütləq prosedurdur. Şirkətimiz sizə bu prosedurdan uğurla keçməyə yardımçı olmaq üçün konsaltinq xidmətləri təklif edir. İş yerinizi bütün normalara uyğun attestasiyadan keçirə bilmək üçün sənədləşmə işlərini bizə etibar edin. Sizə ən peşəkar xidmətlərimizi təklif etməyə hazırıq.