Gömrük sahəsində xidmətlər

Azərbaycan Respublikasının Gömrük Qanunvericiliyi ilə müəyyən edilmiş ixrac-idxal prosedurlarından keçmək üçün lazımi konsultasiya, geniş məlumat dəstəyi və mütləq praktiki köməkliyi sizə peşəkar komandamız göstərəcəkdir. Komandamız həm də gömrük rəsmiləşdirilməsi prosesini cəld bir zamanda təşkil etməyə, ümumi gömrük ödənişlərinin həcmini azaltmağa və mövcud riskləri minimuma endirməyə imkan verən gömrük sahəsində baş verən proseslər haqqında dəqiq bir anlayış formalaşdıracaqdır.

Gömrük sahəsində konsultasiya mövzuları:

  • Xarici iqtisadi fəaliyyətlərlə bağlı layihə və sənədlərin ətraflı təhlili
  • Azərbaycan Respublikasının Gömrük Qanunvericiliyinə uyğun olaraq tənzimləyici gömrük orqanlarına təqdim edilməsi vacib olan lazımi sənədlər paketinin peşəkar komandamız tərəfindən hazırlanması və təsdiqlənməsi
  • Gömrük işləri üçün əməliyyat pasportunu qeydiyyata almaq, gömrükdən idxal və ya ixrac etmək üçün müxtəlif kateqoriyalı malların gömrük bəyannaməsi və müqaviləsini düzgün şəkildə tərtib etmək
  • İdxal və ixrac edəcəyiniz mallarının vergiyə cəlb edilməsi haqqında konsultasiya
  • Azərbaycan Respublikasının Vergi Qanunvericiliyinə uyğun olaraq gömrük ödənişlərinin reallaşdırılması.

Gömrük rəsmiləşdirilməsi ilə bağlı hər hansı bir məsələdə gömrük orqanlarının işində müştərini maraqlarını təmsil etməyə hazırıq.