Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun miqrasiya xidmətləri

Əcnəbi vətəndaşlara miqrasiya yardımı, həm miqrasiya qanunvericiliyinə riayət olunması, həm də qanunverciliyin pozulması ilə əlaqədar müxtəlif problemlərin həll olunması üçündür. Miqrasiya sahəsində konsultasiyalar üçün daha çox vizanın bitməsi, müddətinin uzadılması, iş və yaşayış üçün icazələrin alınması və xarici vətəndaşın Azərbaycan Respublikasında qanuni olaraq yaşaması məqsədilə baş vurulur. KPM-in peşəkar komandası sorğunuza uyğun konsultasiyanın verilməsində, bütün lazımi sənədlər paketinin yığılmasında, anket və blankların doldurulmasında və ərizələrin yazılmasında yardımçı olacaqdır. Xidmətlərimiz xarici vətəndaşların bu və ya digər səbəblərdən ölkədən xaric olunma hallarının apellyasiyası üzrə də fəaliyyət göstərir.