Autstafinq və Autsorsinq xidmətləri

Sizcə, autstafinq və autsorsinq nədir? Autstafinq və autsorsinq fərqləri nədədir? Yeni yaranmışamma sürətlə populyarlıq qazanan bu terminləri tez-tez səhv salırlar. Autstafinq – müxtəlif sahənin ixtisaslı işçilərini rəsmi şəkildə işə götürərək, onların xidmətlərini digər şirkətlərə təqdim etmək deməkdir. Yəni işçi rəsmi şəkildə bir şirkətlə çalışır, amma başqa şirkətin ofisində onun işlərini görür. Onun vergi, sığorta və s. xərclərini isə qeydiyyatda olduğu şirkət qarşılayır. Autsorsinq – frilans işçi kimi nəzərdə tutulur. Yəni, işçi sizin şirkət üçün çalışır, amma ofisinizdə oturmur. Bir şirkətin qeydiyyatlı işçisi olaraq başqa şirkətin işlərini öhdəliyinə götürərək onları uzaqdan həyata keçirir. Belə işçilər ofisdə olmur və ya lazım olduqda baş çəkirlər. Əsas fərq: autsorsinq personal seçimi və yığımı təqdim edir, Autstafinq isə artıq hazırda olan işçini təklif edir. Bu iki terminin müqavilələrində də fərq vardır: Autstafinq işçi qüvvəsinin təqdim edilməsi üzrə, autsorsinq isə işin həyata keçirilməsi üzrə müqavilə bağlayır. Biz sizə peşəkar autsorsinq və autstafinq xidmətləri təklid edirik. Xidmətlərimizdən yararlanmaq üçün əlaqə saxlayın! Aşağıdakı forumu doldurmağınız yetərlidir.