Əmək qanunvericiliyin əməl olunmasına dair nəzarətin keçirilməs

Şirkətimiz iş yerlərində Əmək Qanunvericiliyinin (Azərbaycan Respublikası Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları, Beynəlxalq Əmək Təşkilatının konvensiyaları, Azərbaycan Respublikası Prezidentinin fərmanları) əməl olunmasına dair nəzarətin keçirilməsi xidmətini təklif edir. Xidmətin yüksək səviyyədə keçirilməsinə nəzarət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində 15 ilə yaxın müddətdə çalışmış peşəkar əmək müfəttişi tərəfindən yüksək səviyyədə aparılır. Nəzarətin yekununda Akt tərtib olunur və nöqsanlar Əmək Məcəlləsinin maddəsinə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq göstərilir. Qanunvericiliyə riayət olunmasına nəzarət xidmətini sifariş etmək üçün bizə müraciət edə bilərsiniz.