Haqqımızda

AZBA Consulting şirkəti 2011-ci ildən fəaliyyət göstərərək əhatə dairəsi geniş olan xidmətlər təklif edir.

AZBA Consulting şirkəti 2011-ci ildə AZBA Consulting and Busines Services LTD adı altında təsis olunaraq fəaliyyətə başlamışdır. İlk öncə ticarət və biznes məsləhətləri sahəsində çalışan şirkət müşahidələri əsasında ticarət sahəsində fəaliyyətini dayandıraraq zərurətin yarandığını əsas tutaraq audit məsələlərini də yürütməyə başlamışdır. Hal hazırda peşəkar auditor və digər müxtəlif sahələrin ekspertlərini komandamıza toplayaraq fəaliyyət göstəririk. Bir sıra partnyorlara xidmət etmək və uğurlara birgə imza atmaq əsas biznes hədəfimizdir. AZBA Consulting uğurlu biznes nümunəsi olaraq sizin də iş həyatınıza dəstək olmaq üçün yanınızdadır!

Bizi seçməyinizin 7 əsas səbəbi

  1. Peşəkar komanda – Sifarişinizi yalnız öz komandamızın deyil, kənardan dəvət edilmiş peşəkarlara da həvalə edirik, bunun üçün aylıq 100-dən çox müsahibə keçiririk.
  2. Keyfiyyətli iş – İşimizi sifarişçiyə verməzdən öncə tərəfimizdən iki mərhələli yoxlamadan keçdikdən sonra keyfiyyətə zəmanətlə təhvil verilir.
  3. Məsuliyyətli iş – Sifarişçilərimizə keyfiyyətli iş vermək məsuliyyətimiz 500000$-dan az olmayaraq sığortalanıb.
  4. Konfidensiallıq – Sifarişçinin şəxsi məlumatları ikinci və ya üçüncü şəxslərə ötürmürük.
  5. “Bir pəncərə” – İş prosesinə nəzarət etməniz üçün sizinlə əlaqədə yalnız 1 nəfər olacaq. Bu da ünsiyyətinizi asanlaşdıracaq.
  6. Hər şey daxil – İşinizlə yalnız peşəkar müfəttişlər deyil, həm də hüquqşünaslar, vergi, IT işçiləri və katibələr məşğul olaraq sifarişinizi təhvil verəcəklər.
  7. Yeni nəsil texnologiyaları – Sənədlərinizin və məlumatlarınızın təhvil-təslim prosesi ən son texnologiyaya uyğun aparılaraq itkiyə məruz qalmayaraq konfidensiallığını qoruyacaq.

Ağlınızda bir layihə var?

Layihələrinizi reallaşdırmaq zamanıdır! İndi bizə yazın və birlikdə büyük işlərə imza ataq!